loading...
loading...

Siz də Xarakterinizi Öyrənin ! Ətraflı Məlumatımızda

loading...

Siz də Xarakterinizi Öyrənin ! Ətraflı Məlumatımızda

 
 

Aile.fenomen.az saytı maraqlı psixoloji məlumatlar paylaşmağa davam edir.

 

İnsanlar görünüşcə müxtəlif olduqları kimi xaraktercə və temperamentcə də fərqli olurlar.Bəs gəlin araşdıraq görək temperament nədir ?

 

Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və  tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

 

Temperament sözü mənaca – "hisslərin ( qarşılıqlı ) lazımi qarşılıqlı nisbəti” deməkdir.

 

Temperamentin özünün isə 4 tipi var :

 

Sanqvinik tip - ən aktiv insanları tipidir.Bu tip insanlar sürətlə yeriyir və tez – tez danışır, gördükləri və oxuduqları haqqında həyəcanla danışır, hər şeyə böyük maraq göstərir, mimika və jest hərəkətləri ilə zəngindirlər.Bu tip insanlar çox dəyişkəndirlər.Onlar hisslərini gizləyə bilmirlər.Bu insanlar emosionaldırlar, tez coşub tez sakitləşirlər, çevikdirlər, insanlarla tez ünsiyyətə girə bilirlər, hər zaman xoşbəxt və ətrafın sevimlisi olurlar.

 

Xolerik tip – bu tipə məxsus şəxslər tez – tez ucadan danışır, çox ifadəli sifətə malik olur, maraqları sabit və davamlı olur, çətinlik meydana çıxdıqda özünü itirmir və böyük enerji ilə onu aradan qaldırmağa çalışırlar.

 

Fleqmatik tip – qaradinməzdir, onları güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərli olmasını bildirir.Hərəkət və yerişləri ləng və astadır.

 

Melanxolik tip – bu tip insanlar sakit olurlar.Əhvalı çox cüzi təsirlərdə dəyişir, çox həssasdır, hərəkətləri süst, zəif, ağır – ağırdır.Özlərinə qapalı insanlardır.

 

 

loading...
Oxşar xəbərlər