Hamiləlik Zamanı Aybaşı Olmaq Mümkündürmü? Baş Vermə Səbəbləri
loading...
Aile.fenomen.az saytı məlumat verir ki, Hamiləlik zamanı aybaşı olan xanımların sayı kifayət qədərdir.Bəs bu normal hal hesab edilməlidirmi?
Adətən qadınlar mayalanma dövrü yaşayıb hamilə qalırlar və bu dövr son menstruasiya dövrü hesab olunur. Lakin, qadınların bir qismi də vardır ki, onlarda mayalanma prosesi gedib hamiləlik baş versə belə aybaşı olmağa davam edir.
Lakin, bilmək lazımdır ki, hamiləlik zamanı görülən hər qanaxma aybaşı olaraq bilinməməlidir.
Çünki, hamiləlik dövrünün hər mərhələsində görülən qanaxma fərqli səbəblərdən baş verir.
Yerləşmə qanaxması
Hamiləlik zamanı mayalanmış yumurta, yəni döl uşaqlıqda özünə yer tapmağa başlayır.Mayalanan yumurta bu şəkildə yerləşdiyi zaman bir sıra damarların sıxışmasına səbəb olur.Bu damarlar sıxışdığı zaman isə qanaxmaya səbəb olur.Yerləşmə qanaxması az miqdarda və çəhrayı rəgli olur.Belə qanamaların davam etmə müddəti isə uzağı 1 - 2 gün olur.
Hormonal dəyişikliklər
Hamiləlikdə görülən qanaxmanın digər səbəblərindən biri də qadının orqanizmində gedən hormonal dəyişikliklərdir.Hamiləlik zamanı qadın orqanizmində müxtəlif hormonların yaranması nəticəsində vaginal qanaxmaların baş verməsi mümkündür.
Hamiləlikdə üstünə adət görülməsi
Üstünə adət görmək, yəni aybaşı olmaq hamilə qadınlarda müxtəlif səbəblərdən yaranan və az miqdarda gələn qana deyilir.Bu qanı aybaşı qanından ayırmaq mümkündür.Belə ki, aybaşı dövründə gələn qan daha çox və laxtalı olur.Belə zamanda gələn qan isə tam əksinə, az miqdarda və çəhrayı çalarlı olur.
loading...