loading...
loading...

Ağlamaq Niyə Faydalıdır ?

loading...

Ağlamaq Niyə Faydalıdır ?

 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Göz yaşları orqanizmimizdə olan toksinlərin yaratdığı stress hormonlarındandan azad olmağa kömək edir.


Göz yaşları zəiflik əlaməti hesab olunur, xüsusilə də əgər kişilər ağlayırsa.Ağlayan qadınları çox zaman manipulyasiyada və vəziyyəti dramatikləşdirmədə günahlandırırlar.Lakin, göz yaşı olmasaydı emosiyaları ifadə etmək çətin olardı.


Göz yaşları sanki çiyinlərdən ağır yük götürür, ürəyi yüngülləşdirir və emosional boşalmanı təmin edir.Fərq etməz sevinərkən yaxud da kədər hissi keçirərkən, hər iki halda ağladığınız zaman göz yaşları vasitəsilə rahatlıq tapmaq mümkündür.


Sressdən azad olmaq üçün müxtəlif bahalı meditasiya dərslərinə yaxud da psixiatr yanına getməyə ehtiyac yoxdur : inanın ki, ağlamaq heç də bu yuxarıda sadalanan çıxış yollarından pis kömək etmir, əksinə, bu təbiət tərəfindən bizə bəxş edilmiş ən təbii prosesdir.


Bu yaxınlarda aparılmış tədqiqatların nəticələrinə görə, ağlamaq yalnız psixiki və emosional sağlamlıqla birgə, fiziki sağlamlıq üçün də çox önəmlidir.Göz yaşları vasitəsilə orqanizmdə toksinləri saxlayan və bununla da stress halının yaranmasına səbəb olan kortizol maddəsinin ifrazına yardım edir.

 

 
 

loading...
Oxşar xəbərlər