Balqabaq Tumu - HƏR DƏRDƏ ƏLAC...

loading...

Balqabaq Tumu - HƏR DƏRDƏ ƏLAC...

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Balqabaq tumu bütün dünyada öz faydalı xüsusiyyətlərinə görə məşhurdur.Zəngin tərkibinə görə balqabaq tumundan tibbi aləmdə də geniş istifadə edirlər.Balqabaq tumunun tərkibində 44 - 50 % efir yağları, 23 - 27 % liflər və 37 - 40 % zülallar vardır.Bunlardan da başqa o sink, maqneziyum, kalium, vitaminlər, fol turşusu duzu və bir çox başqa qidalandırıcı maddələrlə də zəngindir.

Balqabaq tumu konkret olaraq hansı vəzifəni icra edir ?

Prostat və sidikyolu sistemindəki soyuqlamanı aradan qaldırmaq üçün çox effektivdir.Əla maqneziyum mənbəyidir, bu da o deməkdir ki, orqanizmdə gedən bütün prosesləri yaxşılaşdırır.Ürək fəaliyyəti üçün olduqca faydalıdır.Tərkibindəki yüksək miqdarda olan kaliumun hesabına təzyiqi normada saxlamağa kömək edir.Qəbizlik problemi üçün də faydalı hesab olunur.Tərkibindəki bol miqdarda olam E vitamininin hesabına vaxtından tez qocalmanın qarşısını alır və yalnız dərini deyil, bütün hüceyrələri qoruyur.Tumda olan vitamin A isə mirvari suyu xəstəliyi üçün faydalıdır.

Balqabaq tumunun köməyilə parazitlərdən necə qurtulmaq olar ?

Bunun üçün aşağıda sadalananları etmək lazımdır :

150 qr. təzə, təmizlənmiş və çiy tum götürmək lazımdır.Üzərinə 1 litr mütləq şəkildə filtrləmiş su əlavə edin.Bunları 20 dəqiqə qaynadın və sonra soyuması üçün kənara qoyun.Soyumuş qarışımı süzün və gündə 3 dəfə  1 stəkan ac mədəyə için.Uşaqlar üçün isə yarım stəkan kifayətdir.

Astma, bronxit və öskürəyi necə müalicə etmək olar?

Aşağıdakıları yerinə yetirin :

60 qr. balqabaq tumu
2 xörək qaşığı təbii bal
200 qr su
20 damcı propolis

Adı çəkilən məhsulları blenderdeən keçirin.Alınan qarışımı gündə 5 dəfə çay qaşığı  qədər qəbul etmək lazımdır.Əgər bunu qəbul edəcək uşağın 7 yaşı yoxdursa, ona yarım çay qaşığı ölçüsündə verin.2yaşdan kiçik olan uşaqları isə bu müalicə metodu ilə müalicə etmək ümumiyyətlə məsləhət deyil.

Xolesterini necə aşağı salmaq mümkündür ?

Balqabaq tumu şəkərli diabet, qəbizlik və s. başqa bu növ xəstəliklərin müalicəsi üçün də çox effektivdir.Bunun sadəcə tumları bir neçə saatlıq suda islatmağınız kifayətdir.Sonra isə yumaq və otaq temperaturunda qurutmaq lazımdır.Qurumuş tumları blendrdə toz halına gətirmək lazımdır.Un alınacaq.Məhz elə alınmış bu undan gün ərzində 3 xörək qaşığı yemək lazımdır.Onu hətta, salatlara, şorbalara və hətta desertlərə də əlavə edə bilərsiniz.


loading...
Oxşar xəbərlər