KALİUM Haqqında
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Orqanizmin bütün yumşaq toxumalarının normal funksiyasını yerinə yetirməsi üçün kalium duzları vacibdir : əzələrin, kapilyarların, əzələlərin, xüsusilə də ürək əzələlərinin, beyin toxumalarının, qaraciyərin, böyrəklərin və s. orqanların normal funksiyası və daxili sekresiyası üçün.Kalium orqanizmdə fikir aydınlığına, beynin oksigenlə təmin olunmasına, orqanizmin ziyanlı şlak və toksinlərdən azad olmasına, qan təzyiqinin aşağı düşməsinə və allergik halların müalicəsi üçün önəmlidir.O cümlədən, optimal enerji, əsəb sağlamlığı, fiziki güc və davamiyyətlilik üçün də vacibdir.
Sümüklər, dişlər, dırnaqlar, bir sözlə bütün sərt toxumalar üçün lazım olduğu kimi yumşaq toxumalar üçün də kalium mütləq vacibdir.O, daxilihüceyrəli mayelərin tərkibinə daxildir.Natrium ilə birlikdə kalium orqanizmdəki su balansını qaydada saxlayır və ürəyin ritmini normallaşdırır.
Kalium bütün əzələləri və sinir sistemini ormal vəziyyətdə qalmağına kömək edir.Ürək üçün bu maddə xüsusilə vacibdir : damarlarda natrium duzlarının yığılmasının qarşısını alır.
Portağal, banan və kartof ən yaxşı kalium mənbəyi hesab olunur.Buna görə də bu məhsulları gündəlik qida rasionunuza daxil etməyiniz məsləhətdir.
Daha bir gözəl kalium məbəyi olan məhsul yemişdir.Fərqlilik üçün bu məhsulun şirəsini yaxud da ki, püresini hazırlayıb qəbul edə bilərsiniz.
Qarpız da kalium mənbəyi hesab edilə bilər.Bu məhsulun şirəsini yaxud da püesini hazırlayıb qəbul etmək olar.
Paxlalılar da kalium və eyni zamanda zülalla zəngin məhsullardandır.Paxla, mərcimək həm kalium, həm də zülalla zəngindir.Bütün paxlalı məhsullardan çox gözəl şorbalar hazırlamaq mümkündür.
loading...