Turpun BİLİNMƏYƏN FAYDALARI
Aile.fenomen.az saytı məlumat verir ki,
Dietoloqlar turpun bütün faydalı xüsusiyyətlərini sadalayıblar.
Artıq mövsümdür və mağazalarda bu dadlı və faydalı tərəvəzi görmək mümkündür.Turp köklü tərəvəz olduğu üçün və torpaqda yetişdiyi üçün tərkibində çoxlu miqdarda nitratlar və pestisidlər vardır.
Turpun faydaları
İlk növbədə onu qeyd etmək lazımdır ki, 100 qr turpun tərkibində yalnız 19 kalori var, bu da o deməkdir ki, köklü tərəvəzlərdə, yəni, xüsusilə də turp azkalorili məhsullar sırasına aiddir.Odur ki, bu tərəvəzi həm pəhrizdə olanlar, həm də özünü daima formada saxlamaq istəyənlər rahatlıqla yeyə bilərlər.Lakin, azkalorili olmasına baxmayaraq, turpun tərkibində zülallar, yağlar və karbohidratlar da vardır.Bundan başqa, turp B qrup vitaminlərlə, dəmirlə, maqneziyumla, kaliumla, kalsiumla, fosforla və s. bu kimi faydalı mikroelementlərlə də olduqca zəngindir.
Turp sağlamlığa necə təsir edir ?
- həzm sistemini yaxşılaşdırır və bağırsağı təmizləyir ;
- damarların elastikliyini yüksəldir və ziyanlı xolesterinin səviyyəsini aşağı salır ;
- üzün rəngini yaxşılaşdırır ;
- maddələr mübadiləsini sürətləndirir ;
- turpun şirəsi ilə alnı silməklə baş ağrısını aradan qaldırmaq olar .