Piyləri ƏRİDƏN ÇOX DADLI ŞORBA RESEPTİ
Aile.fenomen.az saytı məlumat verir ki,
Lazım olan məhsullar :
- pekin kələmi - 1kq
- ağ kələm - 600 qr
- soğan - 250 qr
- kərəviz - 300 qr
- qırmızı şirin bibər - 150 qr
- limon - 1 ədəd
- cəfəri - 30 qr
- paprika - 4 qr
- duz, istiot
- 1 çay qaşığı zeytun yağı.
Hazırlanma qaydası :
İlk əvvəl soğanı xırda şəkildə doğramaq lazımdır.Şorbanı hazırlayacağımız qazanın dibinə zeytun yağı çəkib üzərinə soğan və 50 ml su əlavə edirik.Soğanın üzərinə yarım limonun şirəsini sıxırıq.Zəif ocaqda soğan bişənə kimi və qoxusu itənə kimi bişiririk.Daha sonra isə paprika əlavə olunur.Pekin kələmini də uzun formada doğrayırıq.Sonra doğranmış kərəviz və ağ kələmi də əlavə etmək lazımdır.Şirin bibəri də içərisindəki tumlardan təmizləyib, kub şəklində doğradıqdan sonra digər tərəvəzlərin yanına göndəririk.Üzərinə sonda filtrlənmiş su əlavə edib qaynatmaq lazımdır.25 dəqiqə müddətində şorbanı qaynatmaq lazımdır.Şorbanın hazır olmasına 2 dəqiqə qalmış qazana xırda şəkildə doğranılmış cədəri əlavə edilir.Və beləliklə, şorba hazırdır.
NUŞ OLSUN!