Bu 4 TƏRƏVƏZİ ÇİY YEMƏK OLMAZ!

loading...

Bu 4 TƏRƏVƏZİ ÇİY YEMƏK OLMAZ!

 

Aile.fenomen.az saytı məlumat verir ki,


POMİDOR
Pomidor - insanların əksəriyyətinin bişmiş deyil, çiy halda yediyi tərəvəzdir.Çiy halda yeyildiyi zaman o həzm sisteminin və maddələr mübadiləsinin fəaliyyətinin pisləşməsinə səbəb olur.Əksinə, bişirilmiş yaxud da qızardılmış pomidor yeyildiyi zaman isə o vacib element olan likopinin ayrılmasına səbəb olur.Likopin isə xərçəng xəstəliyi ilə mübarizədə ən effektiv birləşmə kimi tanınır.Məhz buna görə də, nə qədər də çiy pomidor yeməyi sevsəniz də, yaxşı olar ki, öz qida rasionunuza bişirilmiş yaxud da qızardılmış şəkildə hazırlanmış pomidorlar yeməyi seçəsəniz.


BRÜSSEL KƏLƏMİ
Çiy halda yeyildiyi zaman bu kələmin qarın şişməsi və ağrılara səbəb olduğu məlum olmuşdur.Bu kələm bişirilmədiyi zaman həzm prosesi çox çətin gedən tərəvəzlərdəndir.Metəxəssislər kələmi yağ və duz əlavə edib qızardılmış şəkildə yeməyi məsləhət görürlər.Belə formada hazırlandığı zaman, onun bütün ziyanlı xüsusiyyətləri itə və orqanizmə faydası da toxuna bilər.


BROKKOLİ VƏ RƏNGLİ KƏLƏM
Belə məlum olub ki, brokkoli çiy halda daha faydalıdır.Lakin, bu yanlışdır.Çünki, insan orqanizmi bu tərəvəzi çiy halda qəbul etməyə hazır deyil.Buna görə də bu tərəvəzdən istifadə edərkən yaxşı olar ki, onu buxarda bişirəsiniz.Bu sözlər eynilə rəngli kələmə də aiddir.Çünki, o da bişirildiyi zaman öz tərkibində olan faydalı fermentlərin sayını çoxaldır.


İSPANAQ
Bəzi ölkələrdə ispanağı çiy halda, kahı kimi salatlarda da istifadə edib yeyirlər.Lakin, əlbəttə ki, bu da doğru hesab edilmir.Çünki, ispanaq bişirilmiş halda olduğu zaman onun tərkibində kalsium, maqneziyum, dəmir və s. bu kimi faydalı elementlər daha çox olur.

 

loading...
Oxşar xəbərlər