loading...
loading...

Səhər Yeməyində Bunları YEMƏYİN!

loading...

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Mütəxəssislər səhər yeməyi ilə bağlı bir siyahı tərtib ediblər.Siyahıda səhər yeməyində yeyilməsi məsləhət olan yemək və məhsulların adları əks olunub.


Aparılan araşdırmalara görə, yaxşı olar ki, ilk növbədə səhər yeməyində ac qarına acı və hisə verilmiş məhsullar yeməyəsiniz.Xüsusilə də bu iki dəfə hazırlıqdan keçmiş və çox zaman buterbrodlarda istifadə etdiyimiz ətlərə aiddir.


Bundan başqa, səhər ac qarına təzə sıxılmış meyvə şirəsi də içmək olmaz.Çünki, təzə sıxılmış meyvə şirələrinin tərkibində çoxlu miqdarda turşular vardır.Turşular isə həzm fermentlərini ayıraraq orqanizmdə ürəkbulanma, qaz və qusma kimi hallara səbəb ola bilər.


İnsanların əksəriyyəti səhərlər limonlu su içirlər.Lakin, belə su da ac qarına qəbul edilməməlidir.Çünki, bu mədə yanması kimi problemlərə yol aça bilər.


Şirniyyat da yeyilməmli olan məhsullar içərisindədir.Yaxşı olar ki, şirniyyatları ara vaxtına, qəlyanaltılara saxlayasınız.Çünki, səhər orqanizmə çox miqdarda şirin qəbul edildiyi zaman bu qanda insulinin qəfil artmasına səbəb ola bilər.


Qəhvə də içmək olduqca ziyandır.Çünki, qəhvənin tərkibində mədə divarlarını qıcıqlandıran turşular mövcuddur.

 

loading...
Oxşar xəbərlər