Piylənmədən Qoruyan Vitamin Hansıdır?

loading...

Piylənmədən Qoruyan Vitamin Hansıdır?

Aile.fenomen.az saytı məlumat verir ki,

Piylənmə və artıq çəki müasir dövrdə insanların dəhşətinə çevrilib.

Afinalı alimlərin apardıqları araşdırmalar zamanı müəyyən edilib ki, vitamin D uşaq yaşlarından piylənmə ilə mübarizə və yaş keçdikcə də müxtəlif ürək damar sistemi xəstəliklərinin qarşısını alınmasında və profilaktikasında çox təsirlidir.

Vitaminin təslirlilik indeksini öyrənmək üçün alimlər araşdırmaya 232 nəfər müxtəlif piylənmə kateqoriyalı uşaqları cəlb ediblər.Şərtlərə görə onların hər biri 12 ay ərzində vitamin D qəbul etməli olublar.

Nəticədə belə məlum olub ki, vitamin D əlavəsi alan uşaqların ümumi bədən kütləsinin indeksi aşağı enib, qanda yağ komponentləri və xolesterinin səviyyəsi aşağı düşüb.

Uşaqlarında piylənmə və sürətlə artıq çəki alma problemini görən analar isə yaxşı olar ki, övladlarını nəzarətdə saxlamalı və gecikmədən həkimə müraciət etməlidirlər.

loading...
Oxşar xəbərlər