Baş Ağrısı Verən QIDALAR
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Miqren ağrılarının yaranmasının səbəbləri müxtəlifdir.Bunlardan biri də qidalanmadır.
Ekspertlər baş ağrısını gücləndirən 3 məhsulun adlarını açıqlayıblar.
Spirtli içkilər
Əgər miqren və baş ağrılarından əziyyət çəkirsinizsə, qida rasionunuzdan qırmızı şərab və pivəni çıxarmalısınız.Xəstəlikdən əziyyət çəkənlərin təxminən 25 % -i bu pis vərdişlərinə görə xeyli əziyyət çəkirlər.
Şokoladlar
Təəssüf ki, miqreni olan şəxslər ən sevilən şirniyyat növü olan şokoladlardan özlərini məhrum etməlidirlər.Məsələ bundadır ki, baş ağrısının ən böyük səbəblərindən olan spirtli içkilərdən sonra ikinci yeri şokolad tutur.
Hisə verilmiş ət və kolbasa məhsulları
Bu cür məhsullara kolbasalar, sosislər, küçələrdə hazırlanmış müxtəlif cür fast food yeməkləri aiddir.Belə məhsulların mənfi cəhəti isə tərkibində həddindən artıq rəngləyicilərin, aromatizatorların və kimyəvi maddələrin olmasıdır.Bütün bunlar isə insan sağlamlığı üçün çox ziyanlıdır.
loading...