loading...
loading...

Mandarinin Sağlamlıq Üçün Olan Ziyanlarını Bilirsinizmi?!

loading...

Aile.fenomen.az saytı məlumat verir ki,

Əksəriyyətimiz mandarini çox sevirik.Bu dadlı meyvə qış mövsümündə avitaminozla ( vitaminsizlik ) mübarizə aparmaq üçün olduqca effektivdir.Mandarinin həm qabıq, həm lətli hissəsi vitamin və antioksidantlarla zəngindir.

Bütün faydalı xüsusiyyətlərinə görə də dietoloqlar xüsusilə ilin soyuq aylarında bu meyvədən istifadə etməyi məsləhət görür.Lakin, diqqət etmək lazımdır ki, gün ərzində 4 mandarindən artıq olmasın.

Mandarini çox yeyən şəxslərdə allergik hallar, köp,mədə bağırsaq traktı xəstəliklərinin xroniki hal alması kimi xoşagəlməz hallar yarana bilər.Həkimlər onu da bildirirlər ki, meyvəni ac qarına yemək olmaz.Yaxşı olar ki, mandarini yemək yedikdən sonra və ilıq su ilə yuyulduqdan sonra yeyəsiniz.Unutmayın ki, meyvəni yeməzdən əvvə yumaq mütləqdir, çünki çox zaman meyvələrin saxlanma müddətini uzatmaq üçün onlara müxtəlif kimyəvi qatqılar əlavə olunur.
 

loading...
Oxşar xəbərlər