Pandemiya Dövründə İmmunitetinizi Yüksəltmənin Ən Asan Yolu!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Pandemiya zamanı immun sisteminizi möhkəmləndirmək istəyirsinizsə, günə bir fincan sarıköklü çay ( kurkuma ) ilə başlayın.Bu çayın antibakterial, iltihabəleyhinə və s. digər çox önəmli xüsusiyyətləri mövcuddur.
Mütəxəssis rəyinə görə, sarıkök əlavə olunmuş çay ağciyər profilaktikası istiqamətində olduqca faydalıdır, bu da son günlərin ən aktual problemi olan COVID - 19 pandemiyası zamanı olduqca önəmlidir.Araşdırmalar göstərib ki, belə çaylar astma, fibroz və s. digər ağciyər xəstəlikləri zamanı faydalıdır.Tərkibində olan antioksidantların hesabına orqanizmin immun sistemini möhkəmləndirmək üçün də sarıköklü çay əvəzsiz nemətdir.
Çəki atmaq istəyənlər də bu çaydan rahatlıqla istifadə edə bilərlər.Günə 1 fincan sarıköklü çay ilə başlayaraq siz orqanizminizi bütün toksinlərdən, zərərli maddələrdən təmizləyə, həzm sisteminizi və maddələr mübadilənizi qaydaya sala bilərsiniz.
Kurkumalı ( sarıköklü) çayı necə dəmləmək lazımdır?
1 böyük fincan qədər qaynar su götürün.Sarıkökün tozunu istifadə edirsinizsə 1 çay qaşığı, kökünü istifadə edirsinizsə, kökündən bir qədər kəsərək fincana əlavə edin.Sonra bunları qaynadın.Daha sonra isə aşağıda adı qeyd edilən məhsulları da əlavə edin, qaynadın və icərək sağlam qalın.
Bal
Limon şirəsi
Qara istiot
Zəncəfil
Darçın
loading...