Hamiləliyin İlk Ayında Cinsi Əlaqədə Olmaq Olarmı?
loading...
Hamiləliyin birinci aylarında cinsi əlaqəyə icazənin olub olmadığı mövzusu bir çox mübahisələri doğurmaqdadır.
Aile.fenomen.az saytı məlumat verir ki, Mütəxəssislərin əksəriyyətinin bu mövzuda gəldikləri ortaq fikir budur ki, cinsi əlaqə insan həyatında ən təbii proseslərdəndir və hamiləlik dövründə də onu dayandırmaq lazım deyil.Lakin, əlbəttə ki, bir qrup mütəxəssislər isə belə hesab edir ki, hamiləlik bir sıra şeylərin müvəqqəti belə olsa kənara qoyulmalı və özünüzü qorumalı olduğunuz bir dövrdür.
Hamiləliyin birinci ayı - embrionun yenicə inkişaf etməyə başladığı bir dövrdür.Ana olmağa hazırlaşan qadının isə həm fizioloji, həm də psixoloji olaraq gərginliyinin artdığı bir zamandır.Belə dönəmdə qadınların bir qismini ayrılan ifrazatlar və qarının aşağı hissəsində olan ağrılar narahat etməyə və qorxutmağa başlayır.
Əgər hamiləliyin ilk ayında yuxarıda sadalanan müxtəlif problemlər varsa və orqanizminiz üstünə düşən yeni missiyanı, yəni hamiləliyi qəbul etməkdə çətinlik çəkdiyini görürsünüzsə cinsi əlaqəni saxlamalısınız.Çünki, elə həssas vəziyyətlər vardır ki, elə bir zamanda cinsi əlaqədə olsanız bu hətta hamiləliyin pozulmasına da səbəb ola bilər.
Hamiləliyin 12 - ci həftəsindən sonra artıq hamilələrin əksəriyyətinin daha rahat olduqları bir dönəmdir.Bu həftədən sonra artıq uşaqsalma və düşük riski də azalmış olur.
Bir sıra qadınlar vardır ki, hamiləliklə birgə onların cinsi istəyi də yüksəlmiş olur.Bundan qorxmaq lazı deyil, tamamilə normal haldır.
Bütün yuxarıda qeyd edilən fikirləri nəzərə alaraq, hər qadın öz hamiləliyi zamanı orqanizmini tanımalı və fərdi xüsusiyyətlərini və sağlamlıq durumunu düşünərək və həkim ginekoloqu ilə məsləhətləşərək cinsi həyatına davam etməlidir.
loading...