Körpəsi Qəbizlikdən Əziyyət Çəkənlər Mütləq Oxusun!

loading...

Körpəsi Qəbizlikdən Əziyyət Çəkənlər Mütləq Oxusun!

 
Aile.fenomen.az saytı məlumat verir ki, 


Müasir dövrümüzdə qəbizlik həm böyüklərin, həm də uşaqların dəhşətinə çevrilib.Təəccüblü deyil ki, bu narahatlıq böyüklərlə müqayisədə uşaqları daha  da çox incidir.Uşaqlarda və körpələrdə qəbizliyin yaranma səbəbləri isə müxtəlif ola bilər.Yeyilən qida, passivlik, bağırsaqların fəaliyyətinin formalaşmağa başlaması və s. kimi səbəblərə aiddir.

Qəbizliyi aradan qaldırmaq üçün isə ən təsirli üsul tərkibində bol lifli tərəvəzlərdən hazırlanan sulu yeməklər - şorbalardır.Məlumatımızda nəinki uşaqlara, həm də böyüklərə bu istiqamətdə yardım edəcək şorba reseptləri paylaşacağıq.

Lazım olan məhsullar :

1stəkan mərcimək
2 ədəd kabaçki
1 ədəd qırmızı bibər
1 ədəd soğan 
İspanaq

Hazırlanma qaydası :

İlk öncə mərcini qazana əlavə edərək suda yaxşı bişirin.Mərci bişən zaman isə kənarda soğan, bibər, kabaçkini kub şəklində doğrayın.Ispanağı da xırda xırda doğrayın.Mərciməyin bişdiyindən əmin olduqdan sonra tərəvəzləri də əlavə edib bişirin.Sonda isə şorbanın hazır olmasına 10 dəqiqə qalmış ispanağı da əlavə edib qarışdırıb götürün.
Beləliklə, həm dadlı, həm də bağırsaqlarınızın fəaliyyətini normallaşdıracaq şorba hazırdır.
 

loading...
Oxşar xəbərlər