Evdə Özünüz Ləzzətli ÇİPS Hazırlayın!

loading...

Evdə Özünüz Ləzzətli ÇİPS Hazırlayın!

 


 
Aile.fenomen.az saytı məlumat verir ki,

Ev şəraitində çips hazırlamaq olduqca asandır və eyni zamanda daha dadlıdır.Hazırlanması üçün isə aşağıdakı məhsullar lazımdır :

- 3  ədəd böyük kartof
- 1 çay qaşığı dəniz duzu
- 2 stəkan bitki yağı

Hazırlanma qaydası :

Kartofları soyun, yuyun və üzərindəki bütün qara nöqtələrini təmizləyin.Hazır kartofları soyuq suyun içərisinə qoyun və bir qədər orada saxlayın.Müəyyən zaman keçdikdən sonra isə kartofları incə - incə doğrayın.Kartofları doğradıqdan sonra da soyuq suyun içərisində saxlayın.
Kənarda isə yağı qaba əlavə edib qızdırın.Kartofları suda saxladıqdan sonra onları qurulayın və hissə - hissə yağın içərisinə atın.Kartoflar çox nazik doğranmış olduqları halda qızarmaları üçün onlara 3 dəqiqə kifayət edəcəkdir.Kartofları qızartdıqdan sonra isə bir süzgəc qaba yığın və yağını çəkməsini gözləyin.Yağ süzüldükdən sonra duzunu əlavə edib qarışdırın.Onu da qeyd etmək lazımdır ki, kartofa yalnız duz deyil zövqə görə istənilən ədviyyat vurma mümkündür ( istiot, bibər, paprika, sarımsaq qurusu və s. )

QEYD : kartofların yaxşı və eyni tərəfli qızarmasını istəyirsinizsə, onların hamısını bir yerdə yox, hissə - hissə qızartmaq lazımdır.
 

loading...
Oxşar xəbərlər