Pendirli Toyuq Kotleti
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Maraqlı və dadlı yemək reseptlərini sizinlə paylaşmağa davam edirik.Pendirli toyuq kotletini hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır:
500 - 600 qr. toyuq filesi
1 ədəd yumurta
3 - 4 dilim çörək
50 - 70 qr. süd yaxud 10 %- li qaymaq
duz
100 qr. pendir
un yaxud da suxari
Hazırlanma qaydası :
1.İlk öncə çörəyi süd yaxud da qaymaqda islanmağa qoyun.
2.Toyuq filesini çəkin, üzərinə yumurtanı əlavə edib qarışdırın və duz əlavə edin.
3.Alınan ət qarışımı ilə islanmış çörəyi qarışdırın.
4.Pendiri kiçik kub şəklində doğrayın.
5.Əlinizə bir qədər ətdən götürün içərisinə bir neçə dilim pendir qoyun və forma verin.Hazırladıqdan sonra isə ya unda ya da suxaridə hər iki üzünü çevirin.
6.Hər iki üzünü qızılı rəng alana kimi qarğıdalı yağında qızardın.Süfrəyə istədiyiniz qarnirlə verə bilərsiniz.
NUŞ OLSUN!
loading...