Toyuq LANGETİ RESEPTİ

loading...

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Toyuq langetinin hazırlanma qaydasını paylaşırıq :


Lazım olan məhsullar :


toyuq filesi
tomat pastası  - 1 xörək qaşığı
mayonez - 1 xörək qaşığı
sarımsaq - 2 diş
duru yağ
duz, istiot 


Hazırlanma qaydası :


Toyuğun filesi bıçaqla kəsilib açıldıqdan sonra bir balaca mətbəx çəkici ilə döyəclənir.Hazırlanmış filelərin üzərinə əzilmiş sarımsaq, duz, istiot səpilir və bir qədər duru yağ çəkilir.Kənarda tomat pastası ilə mayonezi qarışdırıb filelərin hər iki üzünə çəkilir.Bu şəkildə marinə edilmiş filelər 2 - 3 saat soyuducuda saxlanılır.Zaman keçdikdən sonra tava qızdırlır və hazır ətlər tavaya qoyularaq hər iki tərəfdən qızardılır.Beləliklə, toyuq langetimiz hazırdır.Qarnir kimi yanında kartof püresi, tərəvəz salatı yaxud da qarabaşaq vermək mümkündür.


NUŞ OLSUN!

 

loading...
Oxşar xəbərlər