Toyuq Filesini Necə Dadlı və Yumşaq Bişirə Bilərəm?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Toyuğun sinə əti bildiyimiz kimi digər hissələrindən bir qədər daha quru və sərt olur.Onu necə daha dadlı və yumşaq bişirmək olar?Bu suala cavab axtarırsınızsa məlumatı sonadək oxuyun.
Lazım olan məhsullar :
2 ədəd toyuq filesi
Duz, qara istiot, paprika
Bəzək üçün limon
Hazırlanma qaydası :
1. Toyuq filelərini zövqünüzə uyğun şəkildə duzlayıb istiotlayın və üzərinə paprika ədviyyatından da səpin.Soba listinin üzərinə perqament kağız yaxud falqa çəkin.
2. Toyuq filələrini qaba yerləşdirin və əvvəlcədən 180 dərəcədə qızdırılmış sobaya təxminən 40 dəqiqə müddətinə göndərin.
3. Bişdikdən sonra toyuq filelərini nazik dilimlərlə kəsin və istəyinizə uyğun olaraq limon dilimləri ilə bəzəyin.
Qeyd edək ki, toyuq filesini bu formada hazırlayaraq siz onu həm dada gətirmiş, həm də ailəniz və ətrafdakılarınız üçün sağlam qida təqdim etmiş olursunuz.Toyuq filesinin yanında istədiyiniz qarniri, məsələn, düyü, tərəvəz yaxud qarabaşaqla da servis edə bilərsiniz.
Nuş olsun!
loading...