loading...
loading...

San Sebastian ÇİZKEYKİ - RESEPT

loading...

San Sebastian ÇİZKEYKİ - RESEPT

 

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bildiyimiz kimi San Sebastian İspaniyanın məşhur şəhərlərindən biridir.Sözü gedən bu çizkeyk də həmin adı daşıyan restoranda yaradıldığı üçün San Sebastian adlanır.Ləzzəti və olduqca asan hazırlanma qaydası ilə digər çizkeyk növlərini geridə  qoyan bu dadlı çizkeykin reseptini sizlərlə də bölüşürük.

San Sebastian çizkeyk :

4 yumurta
2 paket qaymaq
3 pakeyt krem pendir
2 yemək qaşığı un
2 stəkan şəkər pudrası
1 paket vanel

Hazırlanma qaydası :

İlk öncə qaymaqla pendiri bir qabda çırpma teli ilə çırpın.Daha sonra bütün yuxarıda adı yazılan məhdulları bir - bir əlavə edərək çırparaq qarışdırın.Lakin bir nüansa diqqət edin ki, yumurtaları ( eklerdə olduğu kimi ) hamısını eyni anda deyil, bir - bir əlavə etmək lazımdır. Bütün məhsullar əlavə edildikdən və yaxşıca qarışdırıldıqdan sonra kənarı açıla bilən soba listini götürün və içərisinə yağlı kağız çəkin.Kağızı da bir qədər yağlayın və hazırladığınız kütləni əvvəlcədən 190 dərəcədə isidilmiş sobaya 60 - 70 dəqiqəlik göndərin.Üstü tünd rəngli olacaq.Çay yaxud qəhvə ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun !
 
 

loading...
Oxşar xəbərlər