Yeni İldə Vidalaşmalı Olduğunuz 8 Vərdişiniz
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Məşhur amerika aktrisası Salma Xayek demişdir : "Mən belə qərara gəlmişm ki, depressiya əleyhinə ən yaxşı vasitə - bu həyatda baş verən yeni dəyişikliklər, fasilələr və yeniliklərdir”.Və bu çox doğru və yerində söylənmiş sözlərdir, çünki həyatımızı dəyişmək və ona yei rəng çalarları qatmaq elə də çətin deyil.
Xüsusilə də bu Yeni ilə keçid ərəfəsindədirsə, olan bütün narazılıqlar, problemlər və xoşagəlməzliklərinizi köhnə ildə saxlamağınız kifayətdir.
İndi bölüşəcəyimiz məlumat da bu yolda sizə kömək göstərəcək.Çünki, vidalaşmağınız məsləhətli olan vərdiş və adətlərinizi sizinlə bölüşəcəyik.
1. İlk növbədə çalışın ki, özünüz özünüzü aldatmayasınız, öz – özünüzə qarşı doğru və dürüst olmalısınız.
2. Artıq keçmişlə yaşamağı tərgidin və irəliyə, sabaha, gələcəyinizə baxın.
3. Yanlış, səhv etməkdən qorxmayın və çəkinməyin.
4. Tənbəllik etməyin və vaxtınızı boş yerə sərf etməyin.Zaman çox dəyərlidir.
5. Paxıllıq və xudbin hisslərinizi kənara qoyun və unudun.
6. Öz – özünüzə şikayətlənməyi və başqalarına şikayət etməyi unudun.
7. Hər zaman boş yerə özünüzə haqq qazadırmağı tərgidin.
8. Öz uğursuzluqlarınızda başqalarında günah və səhvlər axtarmağı unudun.
Və sonda sizə olan ən gözəl məsləhətimiz budur ki, hər zaman nə olur olsun minnətdar olmağı, şükür etməyi və bütün pislik və mənfiliklərə inad olaraq həyata gülümsəməyi unutmayın!