Sevsəydi Ayrılardı ? Mütəxəssis fikirləri..
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Ayrılıqlar hər zaman çətindir, xüsusilə də əgər ayrılmısınız və onun səbəbində hələ də məntiqli açıqlama görə bilmirsinizsə.Məhz elə bu cür baş verən ayrılıqları unutmaq tərəflər üçün çox çətin olur.Beyində olan suallara cavab tapılmadıqca hər zaman keçmişdə olanlar xatırlanacaq və həmin şəxs öz yoluna davam etməkdə çətinlik çəkəcək.
Bu səbəblərə görə də beynimizdə eyni sual dönüb – dolaşacaq :
Sevsəydi ayrılardı ?
Bu sualın cavabını vermədən öncə münasibətdə olan 2 faktı bilmək lazımdır : duyğu və uymaq
Duyğu – insanların arasındakı bağları birləşirir.
Uyum – insanların xoşbəxt bir münasibət sürməsinə rəvacdır.
Duyğuyla qəlbləri bir olan insanlar uyumla da şüurlu olaraq birləşirlər.
Sadəcə baxışdıqlarında deyil, eyni zamanda danışıb anlaşa bildikləri zaman da xoşbəxt olurlar.Duyğu yaxud da uyum – bu iki hissdən biri olmadığı halda, münasibət çəkilməz hala gəlir.
Onu da qeyd edək ki, münasibətin sürməsi üçün yalnız sevgi deyil, hörmət də lazımdır.Bu bir faktdır ki, münasibətdə sevgi nə qədər böyük olursa olsun əgər hörmət yoxdursa, sonda ayrılığın olması qaçılmazdır.Münasibətə yalnız hiss, sevgi ilə baxan tərəf bunu heç vaxt anlamayacaqdır.Çünki, həmin tərəf elə düşünür ki, münasibətdə hər şeyi sevgi həll edir və o hər çətinliyi həll edə bilər, heyif ki, bu belə deyil.
Münasibətində əsasən məntiqini rəhbər tutan tərəf isə çox zaman özünə bu sualı verər :
"Sevirəm amma xoşbəxt ola bilmirəm.
Xoşbəxt də deyiləmsə, sevginin nə önəmi var axı ?”
Mətiqli düşünüb ayrılan şəxslər üçün ayrılıq çox da çətin olmur.Çünki, bu cür şəxslər hər şeyi ətraflı düşünür, ölçür – biçir və qərar verir.
Sonda isə bunu sizə bildiririk.Əgər özünüzə "sevən ayrılarmı” sualını verirsinizsə, sizə cavabımız budur – bəli, ayrıla bilər.