Nişastadan Qiymətsiz Maska RESEPTLƏRİ
Dərisinin sağlam, gözəl, parlaq olması hər kəsin, xüsusilə də xanımların əbədi və ən böyük arzularındandır.İndiki məlumatımızda əsasını nişasta təşkil edən bir sıra çox effektli maska reseptləri ilə sizi də tanış edəcəyik.
RESEPT 1.
1 xörək qaşığı nişasta
1 çay qaşığı duz
1 çay qaşığı bal
bir az ilıq süd
Bütün yuxarıda adı çəkilən məhsulları sıyıq halına gələnə kimi qarışdırın.Maskanı təmizlənmiş üzə çəkmək lazımdır.
Maskanı 30 dəqiqə saxlayın.Sonra isə pambıq vasitəsilə ehmalca üzünüzü silin.
RESEPT 2.
1 xörək qaşığı nişasta
1 ədəd yumurta ağı
yarım çay qaşığı limo suyu
bir qədər qaynadılmış su
Nişasta və suyu pasta halına gələnə kimi qarışdırın.Daha sonra içinə yumurta ağını və limon suyunu əlavə edin, yaxşıca qarışdırın.Təmizlənmiş üzə çəkmək və 40 dəqiqə saxlamaqdır.İlıq su və pambığın köməyilə maskanı ehmalca təmizləyin.
Nişastadan hazırlanmış maska dərinin dartılması, onu sabitləşdirməsi, daxilindəki prosesləri normallaşdırmaq üçün əvəzsiz seçimdir.Maska üçün nişastanın tərkibinə əlavə olunan əlavə qatqılar isə maskanın effetinin güclənməsinə təsir edir.