Tərkibində PROGESTERON OLAN MƏHSULLAR BUNLARDIR!

loading...

Tərkibində PROGESTERON OLAN MƏHSULLAR BUNLARDIR!

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Progesteronu orqanizmdə artırmağın ən yaxşı çıxış yollarından biri təbii üsull artırmadır.Yəni, bu o deməkdir ki, biz tərkibində bol miqdarda proesteron olan tərəvəz və digər qida məhsullarını öz qida rasionumuza əlavə etməliyik.Bunlar təzə meyvə, tərəvəz, giləmeyvələr və təbii göyərti, otlar ola bilər.


Orqanizminizdə effektiv şəkildə progesteronun yüksəməsini istəyirsinizsə, şirin və qırmızı acı bolqar bibəri, paxla və digər paxlalı məhsullar, kahı,ispanaq, yerkökü və müxtəlif və istənilən növ kələm növlərindən tez - tez istifadə etmək lazımdır.Bu məhsulların hər birinin tərkibində bol miqdarda A,E,C vitaminləri,sink vardır ki, bunlar da progesteronun ayrılmasına yardım edən komponentlərdir.Yaxşı olar ki, yuxarıda adı çəkilən əhsllardan tez - tez salatlar hazırlayasınız ( üzərinə günəbaxan yaxud da zeytun yağı əlavə etməklə ).Bu salatların üzərinə isə yağ əlavə etmək olduqca mühümdür, çünki yağlar progesteron sintezində bilavasitə rol oynayır.


Çalışın ki, mövsümi meyvə və giləmeyvələrdən bol şəkildə yeyəsiniz.


Aşağıda tərkibində bol miqdarda progesteron olan 7 məhsulu nəzərinizə çatdiracağıq :


1. Yağlılığı yüksək olan kəsmik, pendir, xama, süd və s. süd məhsulları.


2. Müxtəlif növ ətlər - toyuq əti, dovşan əti və s.


3. Progesteronun sintezi xolesterinli məhsullarla baş verdiyi üçün - yağlı mal əti, qoyun əti, ciyər əti, yağlı toyuq əti, bildirçin yumurtası və s.


4. Tum və çərəzlər - günəbaxan, balqabaq tumu, qoz, fındıq, badam və s.


5. Müxtəlif dəniz məhsulları və balıq növləri.


6. Nişastalı məhsullar da progesteron sintezində çox önəmlidir, buna görə də istənilən formada hazırlanmış kartof və düyü də menyuya daxil olmalıdır.


7. Pomidor, qarğıdalı, soğan, rəngli kələm, balqabaq və paxlalı məhsullar.

 

loading...
Oxşar xəbərlər