Yumurtadan Daha Zülallı MƏHSULLAR SİYAHISI
Aile.fenomen.az saytı məlumat verir ki,
Faydalı və zülallı tərkibinə görə yumurta insanların əksəriyyətinin qida rasionunda vardır.Xüsusilə də insanlar yumurtanı səhər yeməyində yeyirlər.Yumurtanı yalnız səhər yeməklərində deyil, salatlarda, bişirilmiş və buxarda hazırlanmış tərəvəz və tostlarda da istifadə etmək mümkündür.
Lakin, bir sıra digər məhsullar da mövcuddur ki, onların da tərkibi ən az yumurta qədər zülallı və faydalıdır.Beləliklə, o məhsulların siyahısını təqdim edirik :
1. Yaşıl lobya
Bu tərəvəz məhsulu olduqca zülalla zəngindir.100 - 150 qram lobyanın tərkibində təxminən 9 qram zülal və 170 kalori vardır.
2. Kəsmik
Kəsmik ara öyünlərdə qəlyanaltı üçün əla seçim sayılır.100 - 150 qram kəsmiyin tərkibində 12 qrama yaxın zülal və 120 kalori var.Kəsmik bol miqdarda kalsium mənbəyi olduğu üçün saçlar, dırnaqlar və sümüklər üçün əvəzsiz qidadır.
3. Toyuq əti
Toyuq əti də zülalla bol olan məhsullardan biri hesab olunur.100 qram toyuq ətinin tərkibində 23 qram zülal 123 kalori vardır.Bu ətin ən universal tərəfi isə odur ki, döş əti tamamilə yağsız və karbohidratsızdır.
4. Qara paxla
Qara paxla da bol zülal mənbəyi sayılan məhsullardandır.Bu məhsulu konservləşdirilmiş formada da yemək mümkündür.100 - 150 qram məhsulun tərkibində 9 qram zülal, 2 mqram dəmir və 100 kalori vardır.Paxla vegetrianların əvəzolunmaz qidasıdır.
5. Süd
Heyvani mənşəli südlərdən başqa, bir sıra bitki mənşəli südlər, məsələn, soya südü, badam südü kimi südlər də mövcuddur ki, bu məhsullar da zülal mənbəyi hesab edilir.Soya südünün təxminən 35 % - ni zülal təşkil edir.
6. Noxud
Noxud da əla zülal mənbəyi hesab olunan məhsullardandır.Ondan müxtəlif dadlı yeməklər, pürelər və qarnirlər hazırlamaq mümkündür.