Bu Qida Məhsulları MÜTLƏQ BİŞİRİLİB YEYİLMƏLİDİR

loading...

Aile.fenomen.az saytı məlumat verir ki,

POMİDOR
Pomidoru hər kəs tərəvəz kimi tanıyır.Əslində isə o meyvədir.Aparılan araşdırmalara görə, pomidor stressi aradan qaldıran və ürək sağlığını normallaşdıran bir antioksidant effektinə sahibdir.Çiy deyil, bişirildiyi halda isə bu faydalı maddələr daha da artmış olur.

BADIMCAN
Əcnəbi mətbəxlərdən fərqli olaraq, milli mətbəximizdə demək olar ki, badımcandan çiy şəkildə yemək üçün istifadə olunmur.Yaxşı olar ki, bu məhsul istənilən vəziyyətdə bişirilərək yeyilsin.

İSPANAQ
İspanağın tərkibində bol miqdarda fol turşusu vardır.İsindiyi zaman isə onun tərkibində olan toksinlər parçalanmağa başlayır.Bundan başqa, qeyd etmək lazımdır ki, bişdiyi zaman ispanaqdan həmçinin A və E vitaminlərini də almaq mümkündür.Bu hədsiz faydalı olan göyərtinin ən unikal bişirilmə metodu isə buxarda hazırlanan variantıdır.

TÜND YARPAQLI TƏRƏVƏZLƏR
Çiy kələm yemək sağlamlıq baxımından o qədər də faydalı deyildir.Bu tərəvəz də bol miqdarda fol turşusu və liflə zəngindir.Bu tərəvəz növünü də yeməzdən öncə yaxşı olar ki, bir qədər bişirəsiniz.

YERKÖKÜ
Yerkökünün tərkibində olan qidalandırıcı maddələrin faydalılığını artırmaq istəyirsinizsə, yaxşı olar ki, onu buxarda bir qədər yumşaldasınız.Bişdikdən sonra kökdə olan beta karotin maddələri sərbəstləşir.Bunun nəticəsində də orqanizm bol miqdarda A vitamini almış olur.


loading...
Oxşar xəbərlər