İyul Ayının Əsas Vitaminləri : immunitetimizi necə qaldıra bilərik?
loading...
İyul - ilin ən qızmar vaxtıdır və məhz bu mövsümdə müxtəlif meyvə və tərəvəzlərin də yetişməsinə şahid oluruq.
Aile.fenomen.az bu mövsümün ən faydalı məhsullarını təqdim edir.
Ərik
Ərik tərkibindəki bol miqdarda A vitamininin olması ilə məşhurdur.Gündəlik normada 300 qr. bu məhsuldan yemək kifayətdir ki, orqanizmin gündəlik A vitamini ehtiyacını qarşılaya bilək.Ərik dəriyə də öz müsbət təsirini göstərərək qocalmanı gecikdirir və qarşısını almağa kömək edir.Əriyin özəl faydalarını qeyd edərkən onun bağırsağın fəaliyyəti üçün də əvəzolunmaz olduğunu xüsusilə qeyd etmək lazımdır.
Brokkoli
A, B, C, E, PP, K, maqneziyum, kalium, dəmir, fosfor, sink, kalium - bütün bu vitamin və minerallar brokkoli adlı möcüzəvi məhsulda yerləşir.Brokkoli həmçinin mədə - bağırsaq traktının fəaliyyəti, sinir sistemi xəstəlikləri və maddələr mübadiləsinin pozulması zamanı olduqca faydalı və effektivdir.Kələmin bu gözəl növü yalnız çiy formada deyil, həm bişirilmiş, həm buxarda hazırlanmış,həm də qızardılmış formada olduqca dadlı və faydalıdır.
Gilənar
Gilənarın iltihabəleyhinə və antivirus xüsusiyyətlərinə sahib olduğunu bilirdinizmi?!
Bu meyvə şirniyyat və desertlər üçün əvəzsiz olduğu kimi həmçinin ondan çox dadlı mürəbbə və kompotlar da hazırlamaq mümkündür.
Kabaçki
Bir çox yay yeməklərində istifadə etdiyimiz kabaçki A, B və C vitaminləri ilə olduqca zəngindir. Bu faydalı tərəvəzin hesabına orqanizmdən artıq maye, xolesterin ifraz edilir.Mədə - bağırsaq traktının fəaliyyəti üçün də faydası danılmazdır.İstədiyiniz formada yeyə də bilərsiniz, çünki bütün formalarda - qızardılmış, qaynadılmış, buxara verilmiş çox dadlı və ləzzətlidir.
loading...